May 06, 2021 10:34 Asia/Baku
  • Ermənistanla sərhədin demarkasiyası yekunlaşır

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Ermənistanla sərhədlərin demarkasiyanın yekunlaşmaqda olduğunu bildirib.

SəhərAzəri -nin Azərbaycan medialarına istinadən yaydığı məlumatına əsasən, dövlət rəsmisi 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib ki, sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır.

Onun sözlərinə görə, 10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. “Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq.”- deyə Usubov qeyd edib.

Xatırladaq ki, müharibədən sonra sərhədlərin təsbit edilməsi nəticəsində Ermənistan bəzi əraziləri Azərbaycana təhvil verməyə məcbur olub. Və Azərbaycan torpaqlarında özlərinə məskən salmış ermənilər bu əraziləri tərk etməli olublar. 

 

Teqlər