May 07, 2021 16:45 Asia/Baku
  • Lerikdə kapitan Əbülfəz Rəhmətovla vida mərasimi keçirilib

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilib.

SəhərAzəri -nin məlumatına əsasən, 2-ci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi Cəbrayıl rayonu ərazisində  tapılmışdır.

Xatırladaq ki, cari milad ili 20 apreldə Azərbaycan Respublikası Hərbi Prokurorluğu 2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyünun müəyyən olunduğunu bildirmişdir. Məlumata görə, indiyədək 362 hərbçi müəyyənləşdirilərək onların cənazələri ailələrinə təhvil verilib. 24 hərbçi isə hələ itkin olaraq qalır. həmin hərbi qulluqçuların əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalı da istisna edilmir.

 

Teqlər