May 17, 2021 10:48 Asia/Baku
  • Drian belinken
    Drian belinken

ABŞ Dövlət katibi və Fransa XİN rəhbəri Yaxın Şərqi və Qarabağı müzakirə etdi

SəhərAzəri-nin TASS-a istinadən verdiyi məlumata görə, ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə  Fransa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Jan-İv Le Drian arasında telefon danışığı olub, tərəflər Fələstin-İsrail münaqişəsi və Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Danışıqlardan sonra Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Ned Prays tərəfindən yayımlanan yazılı açıqlamada belə deyilir.

N.Prays qeyd edib ki, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri İsrail, İordan çayının qərb sahilində və Qəzzada davam edən zorakılıqla bağlı ümumi narahatlıqlarını bildirərək, bölgədə əmin-amanlığa nail olmaq üçün tərəfdaşlarla birgə fəaliyyəti müzakirə ediblər: "Dövlət katibi Blinken və xarici işlər naziri Lö Drian ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi əməkdaşlıqdan da bəhs ediblər və Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu vurğulayıblar".

Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev dəfələrlə daxili və xarici media mənsublarına verdiyi müsahibələrində artıq Dağlıq Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycan Respublikası tərəfindən təkbaşına həll olunduğunu bildirmişdir.

 

Teqlər