May 18, 2021 12:07 Asia/Baku

ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan İv Lö Drian tərəfindən Dağlıq Qarabağ barədə verilən açıqlama Azərbaycanda etirzla qarşılanıb.

SəhərAzəri-nin məlumatına əsasən, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu iki dövlət Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu iddia edirlər. Siyasi həll yolu dedikdə isə heç şübhəsiz onlar Qarabağ ermənilərinə statusun verilməsinə eyham vururlar. Jurnalist Ürfan Məmmədli isə ölkəsinin minlərlə şəhid verdikdən sonra belə bir güzəştə gedəcəyini real saymır. Bildirir ki, Minsk Qrupu ötən 30 ildə Azərbaycanın istəyini reallaşdırmayıbsa, bu gün status məsələsindən danışmağa haqqı yoxdur. 

Azərbaycan bildirir ki, bu dövlət beynəlxalq hüquqdan qaynaqlanan müharibə haqqından istifadə edərək artıq status-kvonu öz xeyrinə, həmişəlik dəyişibsə, artıq bundan sonra status məsələsini qabartmaq mənasızdır. Ürfan Məmmədli hesab edir ki, Qarabağ ermənilərinə ayrıca status yox, sadəcə vətəndaşlıq hüququ verilə bilər.

Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib ki, kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin.

Ancaq məlumdur ki, rəsmi Bakının bu mövqeyi nə ABŞ-ı, nə də Fransanı qane edir. Onlar İkinci Qarabağ Müharibəsində məğlub olmuş ermənilərin qisasını almaq üçün Azərbaycana təzyiqlərini daha da artıracaqlar.

 

Teqlər