May 19, 2021 11:43 Asia/Baku
  • Kanada Qarabağ ermənilərinə 1 milyon dollar ayırdı

Kanada hökuməti Qarabağ ermənilərinə 1 milyon Kanada dolları (830 min dollar) məbləğində humanitar yardım ayırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə Kanada xarici işlər naziri Mark Qarno Tvitter səhifəsində yazıb.

“Kanada münaqişənin həlli üçün səyləri dəstəkləməyə davam edir və onun dəhşətli humanitar nəticələrinin aradan qaldırılmasında iştirak etməyə hazırdır. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağada işi üçün 1 milyon dollar əlavə məbləğ ayırdıq”, - Qarno bildirib.

Qeyd edək ki, rəsmi Bakının dəfələrlə münaqişə bitdi deməsinə rəğmən qərb dövlətləri hələ də Dağlıq Qarabağ münaqişəsi ifadəsindən istifadə edirlər.

Qərb dövlətlərinin humanitar yardım adı altında Azərbaycanın erməni sakinlərinə Azərbaycan Respublikası dövlətinin xəbəri olmadan maliyyə yardımları bu ölkə siyasilərində ciddi narahatlıq doğurur.

Teqlər