May 23, 2021 13:33 Asia/Baku
  • Hacı Abgül Süleymanov
    Hacı Abgül Süleymanov

Etiqad məhbusu olan Hacı Abgül Süleymanov bir bəyanatda Azərbaycan Respublikasında sionist pərəst təbliğatlara reaksiyada bildirib: Çox qəribədir: zülmə, işğala məruz qalan azərbaycanlılar, zülm edən, işğalçı İsraili dəstəkləyir. 

SəhərAzəri-nin məlumatına əsasən,"Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül Süleymanovun yadığı bəyanatda deyilir: Azərbaycan ictimaiyyətində sanki Qarabağ savaşında Fələstin Ermənistana dəstək veribmiş kimi təəssürat yaradılır və pulunu verib aldığımız silahlara görə bir İsrail propaqandası aparılır. Çox qəribədir: zülmə, işğala məruz qalan azərbaycanlılar, zülm edən, işğalçı İsraili dəstəkləyir. 
İlahiyyatçı qeyd edib ki, bu gün telekanallarda İsrailin bombardmanında dünyasını dəyişən insanlar haqqında sanki terroristlərmiş kimi "zərərsizləşdirildi" deyilir. Halbuki onlar zülmün əli ilə şəhid olan məsum insanlardır.  
H.A.Süleymanov sonda Azərbaycan xalqını İsrailə dəstək verən şirkətləri boykot etməyə və məhsullarını almamağa dəvət edib.

Teqlər