May 25, 2021 13:58 Asia/Baku
  • İİR xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb

Bu gün Bakıya rəsmi səfər etmiş İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikası prezidenti  İlham Əliyev ilə görüşüb.

 SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumatına görə görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev öz səmimi salamlarının İİR prezidenti Ruhaniyə çatdırılmasını xahiş edərək, pandemiya dövrünə rəğmən iki ölkə arasında ticarət dövriyyəsində artım olduğunu müsbət qiymətləndirib, iki ölkə rəhbərlərinin bütün qərarlarının həyata keçirildiyini vurğulayıb.

İlham əliyev deyib: Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir.

Görüşdə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də İİR prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə səmimi salamlarını ona çatdıraraq həmdə İran dövləti və xalqı adından Respublika günü münasibəti ilə Azərbaycan Respublikası dövləti və xalqını təbrik edib.

Zərif həmçinin tarixi Azərbaycan torpaqlarının azad edilməsi münasibəti ilə də Azərbaycan Respublikası prezidentini təbrik edərək deyib: Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik, Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq.

Teqlər