May 26, 2021 13:32 Asia/Baku
  • Dövlət rəsmisi: Minsk Qrupu yerindədir; qeyd-şərtsiz məzmunlu danışıqlara qayıdın!

ABŞ Azərbaycanı və Ermənistanı qeyd-şərtsiz məzmunlu danışıqlara qayıtmağa çağırıb.

 SəhərAzəri Turan İnformasiya Agentliyinə istinala xəbər verir: Bu barədə çərşənbə axşamı ATƏT Daimi Şurası yanında ABŞ-ın işlər vəkili Kortni Ostrian bildirib.

Amerikalı diplomatın sözlərinə görə, ABŞ Azərbaycanı və Ermənistanı “mümkün qədər tez” qeyd-şərtsiz Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə konkret danışıqlara qayıtmağa çağırır. ABŞ hesab edir ki, ATƏT bütün Qafqaz regionunda sülh, sabitlik və inkişafın möhkəmlənməsinə şərait yarada bilər. 

Bəyanata əsasən, Vaşinqton Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması haqqında danışıqlar aparmaqda tərəflərə kömək etməyə çalışır.

“Biz Ermənistanı və Azərbaycanı həmsədrlərin təkliflərinə baxmaq və tərəflərin prioritetlərini əks etdirən strukturlu gündəlik üzrə birgə qərarlar qəbul etmək üçün mümkün qədər tez həmsədrlərlə əməkdaşlığa çağırırıq”, deyə Ostrianın bəyanatında bildirilir.

ABŞ tərəfləri bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qısa zamanda qaytarılması; döyüş zonasının minalardan effektiv şəkildə təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa girişinə olan məhdudiyyətlərin aradan qaldırılması yolu ilə atəşkəs rejimini möhkəmləndirməyə çağırır.

Bəyanatda həmçinin Vaşinqton Bakını “mübahisəli” ərazilərdən çıxmağa səsləyib. “Mübahisəli ərazilərdə hərbi yerdəyişmələr həddindən artıq təxribat xarakteri daşıyır. Biz Azərbaycandan bütün qüvvələrin çıxarılmasını gözləyirik."- deyə qeyd olunur. 

Teqlər