İyun 02, 2021 11:00 Asia/Baku
  • Azərbaycan XİN E.Makronun cavabını verdi

َAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransa Prezidentinin Ermənistan baş naziri ilə birgə brifinqində səsləndirdiyi fikirlərə münasibətdə bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa Prezidenti E.Makron Ermənistan baş naziri vəzifsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasını Ermənistanın ərazilərini tərk etməyə çağırıb, üçtərəfli bəyanatdan sonra Azərbaycan Respublikası ərazilərinə keçən erməni hərbçilərini əsir adlandıraraq onların Ermənistana təhvil verilməsini istəyib. Makron həmin mətbuat konfransında həmçinin Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması kimi fikirləri səsləndirib və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa prezidentinin bu müdaxiləçi açıqlamasına cavabda 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanat əsasında atəşkəsin davam etdiyini, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin buna öz töhfəsini verdiyi Makronun diqqətinə çatdırılır.   

L.Abdullayeva Makronun hərbi əsrilr barədəki fikirlərinə isə münasibətdə üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinin, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinin heç də hərbi əsir olmadıqlarını vurğulayıb.

Azərbaycan Respublikası XİN sözçüsü itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş ittihamlara münasibət bildirərək deyib: Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib”.

Azərbaycan XİN rəsmisi Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ ifadəsinə də irad tutaraq deyib:  Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil.

Fransa prezidentinin regionda gedən proseslərdən tam xəbərsiz olduğuna eyham vuran Leyla Abdullayeva Makronun birbaşa dialoqa çağırışını isə belə cavablandırıb. “Bu artıq baş verir. 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur”.

Fransa prezidenti Emanuel Makronun Azərbaycanı Ermənistan torpaqlarından çıxmağa çağırmasına isə Leyla Abdullayeva belə cavab verib: Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi.

XİN sözçüsü əlavə edib ki, Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir: “Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyil.

Leyla Abdullayeva deyib: “Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti var, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir”.

 

 

Teqlər