İyun 03, 2021 12:47 Asia/Baku
  • E.Makron öz gecikmiş məktubunda  erməni diversantların təhvil verilməsinə çağırıb

Son günlər Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşiniyanla Parisdəki görüşündə Azərbaycan Respublikasını işğalçılıqda ittiham edən Fransa prezidenti Emanuel Makron Azərbaycan Respublikası Prezidentinə məktub ünvanlayaraq erməni diversantların azad edilməsinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında 28 may Respublika günündən 7 gün sonra Fransa prezidenti Emanuel Makron Azərbaycan Respublikası prezidenti İlham Əliyevə “təbrik məktubu” ünvanlayıb.

Fransa prezidenti öz gecikmiş məktubunda 9 noyabr üçtərəfli bəyanatdan 6 ay keçdiyini xatırladıb və davamlı sülhə şərait yaratmaq üçün “dərin işləri” davam etdirməyin vacibliyini vurğulayıb.

Emanuel Makron öz məktubunda dərhal sərhəd məsələsinə keçib və “dərin işlər”-dən məqsədinin sərhədlərin sülh yolu ilə delimitasiyası və hərbi əsirlərin öz yaxınlarına qovuşmaları olduğunu bildirib.

Məktubda Fransa prezidenti xristian irsinin qorunmasına olan həssaslığını bir daha nümayiş etdirərək : “Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESKO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”- yazıb.

Məktubda Fransanın keçmiş müstəmləkələrində Fransa dövlətinin siyasətlərinin icrasına xidmət edən Fransa İnkişaf Agentliyi çərçivəsindəki əməkdaşlıqların möhkəmləndirilməsinə təkid edilib.

Emanuel Makron sonda bir aha ölkəsinin Minsk qrupunun həmsədri olduğunu xatırladıb və həmsədr ölkə kimi bütün öhdəliklərini davam etdirəcəyini vurğulayıb.

Teqlər