TƏCİLİ - Kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazilərini minalamağa cəhd edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i377816-tƏcİlİ_kəşfiyyat_diversiya_qrupu_azərbaycan_ərazilərini_minalamağa_cəhd_edib
Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsinə daxil olan erməni kəşfiyyat-diversiya qrupu əraziləri minalamağa cəhd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2021 11:10 Asia/Baku
  • TƏCİLİ - Kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazilərini minalamağa cəhd edib

Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsinə daxil olan erməni kəşfiyyat-diversiya qrupu əraziləri minalamağa cəhd edib.

  SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyi bu haqda bəyanat yayaraq bildirib ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Lakin Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri isə geri çəkilərək ərazini tərk edib. 

Nazirlik qeyd edib ki, ilkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.