İyun 10, 2021 12:22 Asia/Baku
  • Azərbaycan-İran sərhədində yeni körpü tikiləcək

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni köprünün tikilməsi ilə bağlı razılığa gəlib. "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.  

Qeyd olunur ki, layihənin dəyəri 4,7 milyon avro olacaq və onun tikintisi bir ilə reallaşdırılacaq  

Bundan əlavə iki ölkə rəsmilərinin görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin həm Azərbaycanla İran arasında, həm də bütün regionda yeni əməkdaşlıq imkanlarının açdığı qeyd olunub. Həmçinin, Azərbaycan-İran sərhədinin tam bərpa olunmasının iki ölkə arasında yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

 

Teqlər