İddia: Hökumət yerli minaaxtaranlara əcnəbilərə verdiyindən 4 dəfə az maaş verir
https://azeri.sahartv.ir/news/azərbaycan-i377907-İddia_hökumət_yerli_minaaxtaranlara_əcnəbilərə_verdiyindən_4_dəfə_az_maaş_verir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları çalışdıqları ağır iş şərtlərindən narazı olduqlarını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2021 08:26 Asia/Baku
  • İddia: Hökumət yerli minaaxtaranlara əcnəbilərə verdiyindən 4 dəfə az maaş verir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları çalışdıqları ağır iş şərtlərindən narazı olduqlarını bildiriblər.

SəhərAzəri Meyadan TV-yə istinadla xəbər verir: Minaaxtaranların narazı olduqları ən birinci məsələ əməkhaqqıdır. Onlar bildirirlər ki, eyni işi görüb, eyni əmək sərf etdikləri halda, azərbaycanlı və əcnəbi vətəndaşların əməkhaqları arasında böyük fərq var.

Qeyd olunur ki, yerli minaaxtaranların maaşı cəmi 630 manat təşkil etdiyi halda, əcnəbi minaaxtaranların əməkhaqqısı bir ay üçün 1500 dollardır. Və bu, haqsızlıqdır.

Şikayət məktubunu yazan minaaxtaranlar rəhbərliyin onlara qarşı münasibətindən də narazıdırlar. Deyirlər ki, agentlikdə baş verən islahatlara baxmayaraq rəhbərliyin işçilərə münasibətində heç bir dəyişiklik yoxdur.