İyun 12, 2021 14:12 Asia/Baku
  • Azərbaycanın mədəniyyət naziri UNESCO-dan ədalət gözlədiyini deyib

Azərbaycan Respublikası mədəniyyət naziri UNESCO-nun qərəzli mövqeyini xatırladaraq bu qurumdan ədalət gözlədiyini deyib.

Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov  ikinci Qarabağ müharibəsindən sonra YUNESKO-nun Azərbaycana qarşı qərəzli bəyanatlarını xatırladıb ancaq bu qurumun sonradan öz səhvlərini başa düşdüyünü və artıq konstruktiv mövqedən çıxış etdiyini deyib.

“Bu neçə il ərzində biz UNESCO-nun ozamankı işğal olunmuş ərazilərimizdə monitorinq missiyası keçirmələrini gözlədik. Əfsuslar olsun, heç bir nəticə əldə etmədik. Onların Vətən müharibəsindən sonra verdiyi bəyanatlar bizi qane etmədi. Lakin bizim sərt mövqeyimizdən sonra artıq onlar başa düşdülər ki, bizimlə şantaj dilində danışmaq mümkün deyil, çünki biz başqa Azərbaycanıq.- deyə Anar Kərimov bildirib.

Nazir deyib ki,UNESCO-nun Azərbaycana texniki missiyasının başlanması gözlənilir. Bu danışıqlar heç də asan keçmir, ancaq biz mövqelərimizdən dönmürük.

Xatırladaq ki, Ermənistan tərəfindən mədəni abidələrin dağıdılması mövzusunun araşdırılması ilə bağlı ötən ilin dekabrında Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO-ya müraciəti cavabsız qalıb. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da bu məsələ barədə UNESCO-ya dəfələrlə müraciət edib, ancaq UNESCO Ermənistanın törətdiyi müharibə cinayətlərini araşdırmaqdan imtina edir.

Buna baxmayaraq bəzi qərb qurumları və siyasətçiləri UNESCO-ya müraciət edərək işğaldan azad edilən Azərbaycan torpaqlarında xristian abidələrinin taleyindən “narahat” olduqlarını, bu abidələri “təhlükə” gözlədiyini bildirdikdən sonra UNESCO dərhal bu çağırışlara münasibət bildirdi və Xristian abidələrin taleyindən ciddi narahat olaraq xristian abidələrinin vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Azərbaycan torpaqlarına missiya göndərməkdə maraqlı olduğunu nümayiş etdidi.  

İndi Azərbaycan Respublikası mədəniyyət nazirinin UNESCO-nun öz səhvlərini başa düşdüyünü bildirməsinə baxmayaraq bir çox təlilçilərə görə bu beynəlxalq qurumun qərb dövlətləri və dairələrinin təsiri altında olduğuna görə onun səhvlərini düzəldəcəyinə inanmaq çətindir.

Teqlər