İyun 16, 2021 12:29 Asia/Baku
  • Erməni diversantlardan 14-nə qarşı məhkəmə prosesi başlayıb

Bu gün Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi üzrə məhkəmə prosesi başlayıb. proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, mühakimə edilən erməni diversantları 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib və hərbçilər və mülkiyə qarşı terror əməlləri törətməkdə ittiham olunan 62 erməni diversantları tərkibinə daxildir.

Azərbaycan Respublikası qərb dövlətləri və Avropa qurumlarının həmin şəxslərin azad edilməsinə dair çağırışlarına cavab olaraq onların terrorçu olduğunu bildirmişdi. Ancaq son günlər həmin divesantlardan 15 nəfərini Ağdamın minalanmış ərazilərinin xəritəsi qarşılığında Ermənistana təhvil verdi.

Siyasi analitiklərə görə, qərb dövlətlərinin Ermənistanın işğal müddətində törətdiyi cinayətləri ört-basdır etmələrini nəzərə alaraq, istər 10 noyabr bəyanatından sonra istərsə də birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası xalqı və hərbçilərinə qarşı terror əməlləri törətmiş ermənilər açıq məhkəmədə, dünya media mənsublarının gözü qarşısında mühakimə edilməlidir, əks halda zamana və şəraitə, siyasi məqsədlərə köklənən vaxtaşırı məhkəmələr heç bir nəticə verməyəcək.

 

Teqlər