Azərbaycanlı politoloqdan ATƏT Minsk Qrupuna qarşı sərt ittiham
https://azeri.sahartv.ir/news/azərbaycan-i378211-azərbaycanlı_politoloqdan_atƏt_minsk_qrupuna_qarşı_sərt_ittiham
ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdi Qarabağ münaqişəsini yenidən qızışdırmaqdan başqa bir şey deyil.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 20, 2021 06:17 Asia/Baku
  • Azərbaycanlı politoloqdan ATƏT Minsk Qrupuna qarşı sərt ittiham

ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdi Qarabağ münaqişəsini yenidən qızışdırmaqdan başqa bir şey deyil.

Bu barədə politoloq Mübariz Göyüşlü özünün feysbuk səhifəsində yazıb.

Ekspert bildiri ki, Azərbaycan xalqı Minsk Qrupunun ciddi bir çalışmasını, problemin həlli istiqamətində real addımlarını görə bilmədi. 30 il ərzində heç bir iş görməyən, görmək istəməyən Minsk Qrupu formatı Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi fonunda kölgədə qaldı.

Mübariz Göyüşlü qeyd edir ki, Qarabağ münaqişəsinin bitdiyini, ərazi bütövlüyünün bərpa edildiyini nəzərə alsaq, bundan sonrakı məsələlər bölgə dövlətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə istiqamətlənməlidir. Bu istiqamətdə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ermənistan arasında əməkdaşlıq həyata keçirilməli, qarşılıqlı əlaqələr qurulmalıdır.

Politoloqun fikrincə, 3+3 formatlı yeni əməkdaşlıq perspektivlərinin qarşılığında ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdləri münaqişəni yenidən alovlandırmaq niyyətindən başqa bir şey deyil.