İyun 22, 2021 11:20 Asia/Baku
  • 2 azərbaycanlı, taliblər sırasında yer aldığına görə istintaq edilir

İki azərbaycanlının Pakistanın Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban”a tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

SəhərAzəri-nin məlumatına əsasən, Pakistanda "Taliban"ın tərkibində vuruşmaqda təqsirləndirilən Elnur Cəbiyev və Yəhya Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Adı qeyd olunan azərbaycanlıların 2010-cu ildə Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri deyilir.

Qeyd olunan faktlarla bağlı bu iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Taliban" 1994-cü ildə Şeyx Məhəmməd Omərın başçılığı altında yaradılıb və 1996-cı ildə Əfqanıstanda hökuməti ələ keçirərkən bir çox cinayətlər törədib. Talibanın terrorçu fəaliyyətlərinə İranın Məzar Şərifdəki konsulluğuna hücum edərək 8 iranlı diplomat və bir jurnalisti şəhid etməsi də daxildir.


Taliblərin Əfqanıstanda yaratdıqları terrorçu ç irticaçı hökumət Amerikanın başçılığı altında koalissiya qüvvələrinin Əfqanıstana təcavüzü nəticəsində devrilsə də, sonralar ABŞ-ın bu qruplaşma ilə davamlı müzakirələr aparması və taliblərə hakimiyyətdə pay vermək cəhdləri, həmin qruplaşmanın mahiyyəti barədə həqiqətləri aşkar etdi.

İraq və Suriyada çoxlu sayda insanın qanını axıdan, bu ölkələrin infrasturukurlarını dağıdan İŞİD terror qrupunun da ABŞ tərəfindən silahlandığı barədə çoxlu faktlar aşkar edilmişdir.  İŞİD terrorçu qrupun sıralarında da onlarla azərbaycanlı yer almışdı.

Azərbaycanlıların vəhabi və təkfirçi terror qrupları tərkibində cinayət əməllərində iştirakı, bu ölkədə ənənəvi dini inanclara lazımı yer verilməməsi və təhsil sistemində dini təlimatın yer almaması ilə əlaqələndirilir.

 

 

Teqlər