İyul 06, 2021 13:19 Asia/Baku
  • Rusiya diplomatik etika qaydalaına əməl etmir

Atlas Araşdırmalar Mərkəzi diversant-xəritə mübadiləsində Rusiyanın vasitəçilik etməsini şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, mərkəzin yaydığı məqalədə deyilir ki, Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun əvəzinə Azərbaycan ötən dəfə olduğu kimi 15 erməni diversantı Enməstana təhvil verdi. Lakin Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır.

Atlas Araşdırmalar Mərkəzi bunla bağlı Rusiya prezidentinin özbaşına və Azərbaycandan xəbərsiz Qarabağdakı humanitar fəaliyyətlər barədə fransalı həmkarı ilə məsləhətləşmələr aparmasına diqqət çəkib. “Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır, müzakirə aparır. Halbuki, bu telefon danışğının ardınca diplomatik etika Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngini və Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diqtə edirdi”- tədqiqat mərkəzinin təhlilində deyilir.

 

Teqlər