Dağlıq Qarabağ münaqişəsi;
ABŞ və Fransanın dilindən düşməyən termin
ABŞ və Fransa bir daha Qarabağ münaqişəsinin həllinə təkid ediblər. İki ölkə XİN başçıları Qarabağda möhkəm sülhə nail olmaqla bağlı “birgə addımları” müzakirə edib.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə,çərşənbə günü Fransa xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı ABŞ və Fransa digər mühüm məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemini də müzakirə edib,
“Mən Minsk Qrupunun həmsədrləri qismində Ermənistan və Azərbaycan arasında möhkəm sülhə nail olunmasına yardımla bağlı birgə addımlarımız haqqında danışdım”, deyə nazir Jan-İv Le Drian Dövlət Departamentində və Ağ Evdə keçirdiyi görüşlərin yekunlarına dair bəyanatında bildirib.
Bu addım dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon söhbətindən cəmi bir gün sonra atılıb. O, telefon söhbəti zamanı “ABŞ-ın Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin möhkəm siyasi nizamlanmasına yönəlmiş səylərini dəstəklədiyini vurğulayıb”, deyə Dövlət Departamentinin məlumatında qeyd edilir.
Blinken “Ermənistanı ATƏT-də konstruktiv əməkdaşlığa çağırıb və bütün saxlanılan ermənilərin tezliklə Azərbaycandan Ermənistana qayıtmasına dəstəyini təsdiq edib”, deyə ABŞ-ın xarici siyasət idarəsinin Yerevana telefon zəngi ilə bağlı məlumatında bildirilir.