İyul 23, 2021 16:43 Asia/Baku
  • İlham Əliyev statusa çağıranlara səsləndi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində qərb dövlətlərinin Qarabvağa status çağırışlarını kəskin tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası prezidenti Xankəndində yaşayanların real sayının 25 min nəfər olduğunu diqqətə çəkərək, Qərb dövlətləri tərəfindən Xankəndinə status çağırışlarını kəskin tənqid edib, bu kimi bəyanatların Azərbaycanda ciddi narazılığa səbəb olduğunu deyib: “25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Bu gün Amerika, Fransa bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səsləndirəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı qalır. Əgər kimsə status vermək istəyirsə, Amerikada 1 milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhəri və ətrafında 100 mindən çox erməni yaşayır. Niyə oralarda status verilmir və Azərbaycanda status verilməlidir?

Azərbaycan Respublikası prezidenti İlham Əliyev həmçinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin regiona son səfəri zamanı Ermənistan və Gürcüstana milyardlarla avro yardım ayrılması Azərbaycana isə taleyi bəlli olmayan 150 milyon avroluq yardımdan sadəcə danışılmasını ədalətsizlik və Avropa İttifaqının ermənipərst mövqeyinin göstəricisi kimi xarakterize edib: “150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

İlham əliyev son moskva səfəri barədə isə , Azərbaycanla Rusiyanın strateji tərəfdaşlar olduğunu vurğulayıb, Putinlə şəxsən yaxın əlaqələrə malik olduğunu diqqətə çəkərək deyib: Biz biri-birinə inanan siyasətçilərik və bu çöx önəmlidir.

 

 

 

Teqlər