Jirinovskinin sarsaqlığı və diplomatik skandal
İlqar Altay Rusiyanın acığına Ermənistanla təkbətək razılaşmaya gedilməsini tövsiyə etdi
Rusiya Dövlət Dumasının müavini tərəfindən Azərbaycanın təhqir olunmasına qarşı ölkə siyasətçiləri və hüquqşünaslarının reaksiyaları davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniyada mühacirətdə yaşayan hüquqşünas İlqar Altay öz feysbuk paylaşımında yazır: "Azərbaycanda Rusiya səfirinin XİN-ə çağırılaraq Rusiya hökumətinə qarşı etiraz notası verilməsi ciddi rezonans doğurub Rusiyada, MDB məkanı və hətta Qərbdə, Avropada. Bu, Azərbaycanın ilk bu tərzli kəskin etiraz addımıdır, Rusiyaya qarşı. Görünür, Rusiya və bir çoxları bunu gözləməyib. Çox düzgün edib bizim hökumət, XİN belə ciddi və sərt, rəsmi cavabı ilə! Moskvaya və dünyaya da göstərib ki, kimliyi və hansı dövlətindən asılı olmayaraq, Azərbaycanın suverenliyinə yönələn istənilən təhdid təhqirə adekvat sərt cavab olar.
Hüquqşünas öz yazısında Rusiyaya revanş etməyi istisna etməyib: "Analiz edilib aydınlaşdlrılmalıdlr ki, bu bəyanat Jirinovskinin öz, fərdi şizofrenik, psixopatik tutma axmaqlığı olub və ya, Kremlin deyə bilmədiyini, onun "qara ruporu" kimi deyib. Əgər Jirinovskinin bu yekəbaşlığının arxasında Kreml dayanırsa, biz də öz adekvat mövqemizi sərgiləməliyik, qətiyyətli, dayanıqlı və möhkəm. Bizim də cavab, təsir imkanlarımız çoxdur, bizə qarşı təhdidlərə. Sülhməramlıların Qarabağdakı mandatına, yəni beynəlxalq hüquqa görə, avara durumda qalmamasına razılığımızdan tutmuş, Rusiyanı kənar qoyaraq, Ermənistanla təkbətək, yəni, ikitərəfli də razılaşmalara gedilməsinədək", - deyə İlqar Altay əlavə edib.