Avq 06, 2021 12:12 Asia/Baku
  •  Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən gecə Ermənistan hərbi bölmələrinin Sədərək və Kəlbəcər rayonlarında Azərbaycan ordusunun mövqelərini atəşə tutduğunu bildirib.

SəhərAzəri-nin bildirdiyinə görə,MN-nin məlumatında deyilir: Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad,  Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatında Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananın olmadığı bildirilir.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

 

Teqlər