Avq 08, 2021 11:58 Asia/Baku
  • Makron Əliyev
    Makron Əliyev

Fransa prezidentinin azərbaycanlı həmkarı ilə telefon söhbəti geniş müzakirə olunur.

SəhərAzəri-nin məlumatına əsasən,“Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev avqustun 5-də Fransa prezidenti Emmanuel Makronun Azərbaycan prezidentinə zəngi və iki ölkə başçısı arasında regional məsələlərin müzakirə olunması barədə deyib: “Həm Azərbaycan, həm də Fransa tərəfinin yaydığı rəsmi məlumatdan aydın olur ki, diqqətlər əsasən bu məsələlərə yönəlib - 10 noyabr sənədinin maddələrinin icrası, müharibədən sonrakı regional məsələlər, Azərbaycan-Ermənistan sərhədində vəziyyət və regionda təhlükəsizlik. Bütün əsas məsələlərdə Fransanın və Azərbaycanın mövqeləri diaqonal boyu ziddiyyətlidir. Azərbaycan Prezidenti hesab edir ki, münaqişə həll edilib, Makron isə açıq deyir ki, hələ həll edilməyib. Azərbaycan deyir ki, status olmayacaq, Makron iddia edir ki, hələ status dialoqu aparılmalıdır. Azərbaycanın fikrincə, Qarabağ münaqişəsi kontekstində Minsk Qrupu həmsədrləri formatı artıq nəyəsə yaramır, Makron isə həmsədrlər üçlüyünün ideyası altında substantiv danışıqların bərpasından danışır. Göründüyü kimi, mövqelər tam bir-birinin əksinədir. Üstəlik, Makron o ölkənin prezidentidir ki, Azərbaycana qarşı açıq düşmənçiliyini gizlətmir. Qondarma separatçı qurumu tanıyır, separatçı Qarabağ şəhərləri ilə qardaşlaşmağa rəvac verirdi. Politoloq hesab edir ki, Makron Fransada yaxınlaşan və özünün taleyinə dəxli olan prezident seçkisinə daha çox fokuslanıb. 

Politoloq sonda bildirir ki, beləliklə, Makronun Əliyevə zəngi erməni mənafeyinə və Fransanın dövlət maraqlarına yox, onun öz hakimiyyət marağına uyğun siyasi taktikaya daha çox oxşayır.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Fransanın Minsk Qrupundakı həmsədrliyi bunu rəsmi Parisdən tələb edir ki, sözdə olsa belə tərəflərdən eyni  məsafədə dayansın. Ancaq Emmanuel Makron bu ənəni pozdu. O müharibə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə edib.

Onun fikrincı, Makron açıq-aşkar Minsk Qrupu formatını canlandırmağa çalışır. Lakin həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir.  Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir.

 

Teqlər