Azərbaycanın cənub bölgəsində polis özbaşınalığı
Polis Lənkəranda yenə də camaatın dinini təhqir edib
Lənkəranda polislər üç il əvvəl divara yazılan Həzrəti Əliyə (ə.s) aid şuarı divardan siliblər.
SəhərAzəri-nin Giperssilka vebsaytına istinadla yaydığı məlumatına əsasən, Lənkərandakı mənbələr bildirirlər ki, hələ bu azmış kimi bunu yazan az yaşlı gəncin evinə daxil olaraq evin həyətində olan İmam Hüseynin (ə) qara bayrağını sındırıb cırıblar. Bundan əlavə olaraq az yaşlı gəncin əynində olan qara köynəyi çıxardıb hörmətsizlik ediblər.
Məlumatda qeyd olunur ki, az yaşlı gəncin valideynleri, övladının bu işinin haqq olduğu dediklərinə görə valideynləri həbs etmək istəyiblər. Bundan əlavə onlarla mülki geyimdə olan şəxs post patrul maşınlarıyla əlində heç bir sənədi olmadan vətəndaşın evinə girib, onları öz evlərində təhqir ediblər.
Xatırladaq ki, Lənkəranda Qədir-Xum bayramını keçirən dindarlardan da bir qrupu bayram günü həbs edilib. Hadisə iştirakçılarının dediynə görə, İlqar Əzimzadənin evində Qədir-Xum günü münasibətilə təşkil olunan mərasimə müdaxilə onların təhqiri və döyüməsi ilə müşahidə olunub. Polis idarəsində onlara cinayət məcəlləsinin xuliqanlıq, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması maddələri ilə iş açılaraq məhkəməyə göndərilib.