Avq 17, 2021 18:54 Asia/Baku
  • Qarabağın Rusiya torpaqları olması təsəvvürünü yaradan təklif

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.

 SəhərAzəri-nin Axar.az-a istinadla verdiyi məlumata görə, Lavrov Qaabağda infrastrukturun yenidən qurulduğunu bildirib:

“Orada indi infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə yenidən baxmağı xahiş edərdim. O məncə iqtisadi sərfəli olacaq, vacib olan odur ki, bizim yaxın qonşuluğumuzda olan bu hissədə iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getsin”, – deyə o bildirib.

 

Teqlər