Qarabağda Abxaziya ssenarisini görməmək üçün ya axmaq olmaq lazımdır, ya da xain!
https://azeri.sahartv.ir/news/azərbaycan-i380343-qarabağda_abxaziya_ssenarisini_görməmək_üçün_ya_axmaq_olmaq_lazımdır_ya_da_xain!
Azərbaycanlı siyasətçi və ictimai fəal Rusiyanın Abxazya ssenarisini Qarabağda tətbiq etmək niyyətində olduğunu iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2021 06:55 Asia/Baku
  • Qarabağda Abxaziya ssenarisini görməmək üçün ya axmaq olmaq lazımdır, ya da xain!

Azərbaycanlı siyasətçi və ictimai fəal Rusiyanın Abxazya ssenarisini Qarabağda tətbiq etmək niyyətində olduğunu iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bəxtiyar Hacıyev bu barədə feysbuk üzərindən yaydığı məqalədə yazır: 9 aydır Rusiya Müdafiə Nazirliyi hər gün öz bülletenlərində "Martakert, Martuni, Madagiz, Stepanakert" adlarından istifadə edir, Xocavəndin kəndlərinin adını erməni versiyasında yazır, "Dağlıq Qarabağ ərazisində", "Dağlıq Qarabağın rayonu" kimi ifadələrdən istifadə edir. Bir neçə dəfə atəşkəsdə "Dağlıq Qarabağ silahlı birləşmələri" yazıblar və Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham ediblər. Zəhmət olmasa, cəsarət etsin, əziyyət çəksin, ölkəyə gətirdiyi rus ordusuna başa salsın ki, ləğv edilmiş rayon adlarını yazmasınlar, "Dağlıq Qarabağın rayonu" yox, "Azərbaycanın rayonu" desinlər.