“ATV jurnalistika məktəbi”-nin “məharət”-i
Son günlər Azərbaycan Respublikasının ATV kanalının xəbərlər proqramında 15 saniyəlik naməlum bir video yayımlanaraq, onun İranda özü də ehsan verilməsi ilə əlaqədar olduğunu iddia edilib.
SəhərAzəri-nin məlumatına əsasən,ATV-nin xəbərlər proqramının sosial şəbəkələrdə məqsədyönlü şəkildə paylaşdırılan hissəsində aparıcı İranda aclıqdan əziyyət çəkənlərin ehsan yeməyinə hücum etdiklərini iddia edərək 15 saniyyəlik bir video yayımlayıb. İddia olunan video və aparıcının şərhinin yayılmasına dərhal bütün virtual potensial cəlb olunub, belə ki, Azərbaycan Respublikası daxilində və digər yerlərdə yaşayan bu ölkə vətəndaşlarından kimsə ATV-nin bu uydurmasından xəbərsiz qalmayıb. Yalan videonun hərkəsə çatdırılmasındakı bu “səfərbərlik” çoxlarının diqqətini çəkib və SəhərAzəri Telekanalının redaksiyasına daxil olan tamaşaçı kütləsinin rəylərində də bu öz əksini tapır. Belə ki, insanlar Azərbaycan Respublikası mediya və sosial şəbəkələrinə nəzarət edən mərkəzlərin belə bir qabiliyyətə malik olduqları halda bəs nəyə görə, sionist israil rejiminin müsəlman fələstinliərə qarşı kütləvi qırğınları, fələstinli məhbuslara qarşı işkəncələri, onların acınacaqlı saxlanma şəraiti barədəki beynəlxalq hesabatları belə əks etdirmədiklərinə diqqət çəkirlər. Tamaşaçılar soruşurlar ki, Azərbaycan medialarını idarə edən mərkəzlər informasiya yayımında bu qədər “məharət”-ə malik imişlərsə bəs nəyə görə, ABŞ və NATO hərbçilərinin İraq, Əfqanıstan və Suraiyada mülki əhaliyə qarşı törətdikləri saysız-hesabsız cinayətləri barədə belə “peşəkarlıq” nümayiş etdirmədilər?
Əlbəttə İranda ehsan adı altında gedən kadrlar ilə sionist İsrail rejimi, ABŞ və Nato hərbçilərinin cinayətlərini əks etdirən kadrlar arasında bir fərq var. Birinci uydurmadır, ikinci isə həqiqətin özü.
Azərbaycan Respublikası auditoriyasının şüurunu təhqir etməklə məşğul olan ATV kimi müəyyən mərkəzlərin nəzarətindəki mediyalar başlarını qara soxaraq kimsənin onların qərəzliliyini başa düşməyəcəyini zənn edirlər. Halbuki artıq 21-ci əsrdə insanları aldatmaq çox da asan iş deyil. Saxta məlumatların aşılandığı insanlar həqiqi məlumatları da əldə edə bilirlər. Digər tərəfdən Azərbaycan və İran eyni coğrafiyada yerləşən bitişik ölkələr olaraq onların barəsində yanlış məlumatlarin inandırıcılıq müddəti çox uzun çəkməz.
Bir qrup insanın qazana hücum gətirməsini əks etdirən 15 saniyyəlik bir videonu İrana özü də ehsan yeməyinə aid etmək və bunu rəsmi bir xəbər kimi tamaşaçıya sırımaq, sadəcə saxtakarlıq ustalarının qayırdıqları “ATV Jurnalistika məktəbi”-nin “məharət” nümayişidir.