T.Zülfüqarov:
Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir +VİDEO
2 sentyabrda qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin qeyd olunacağına münasibət bildirən Plitoloq Tofiq Zülfüqarov rəsmi Bakını ciddi təşəbbüslər həyata keçirməyə çağırıb.
SəhərAzəri-nin verdiyi məlumata görə,T.Zülfüqarov Axar.az-a verdiyi müsahibədə deyib: Azərbaycan tərəfi sentyabrın 2-də separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır.
Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Belə bir günün qeyd edilməsinin həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi demək olduğunu xatırladıb və məhz buna görə Azərbaycan Respublikası hökumətini xüsusiylə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq etməyə çağırıb.
“Xankəndi və ətrafı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Yəni ermənilərin burada edəcəyi istənilən insidentdən onlar cavabdehlik daşıyır. Buna görə də nə olur-olsun, Rusiya sülhməramlıları belə bir günün keçirilməsinə icazə verməməlidir.”- deyə T.Zülfüqarov deyib.
Plitoloq Azərbaycan Respublikasının Laçın dəhlizində baş verənlərə hərhansı müdaxilə imkanından məhrum olmasına da toxunub. Tofiq Zülfüqarova görə Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. “Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır”.-deyə Politoloq bildirib.