BMT baş qərargahının önündə
Azərbaycanlılar beynəlxalq ədalətsizliyə etiraz etdi
ABŞ-ın Nyu-York ştatında yaşayan azərbaycanlılar Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçirirlər.
SəhərAzəri-nin məlumatına əsasən,Aksiya iştirakçıları BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirməsini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaq istəyiblər.
Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən aksiyaçılar BMT-dən ədalət tələb ediblər.
Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi heç vaxt icra edilmədi və nəhayət Azərbaycan Respublikası öz gücünə sövkənərək bu qətnamələri icra edərkən də Təhlükəsilzik Şurasının daimi üzvləri tərəfindən ciddi təzyiqlərə məruz qaldı. Həmin qətnamələr Azərbaycan Respublikası torpaqlarının işğalına dərhal son qoyulmasına çağırırdı ancaq bu 30 il çəkdi.