Sen 27, 2021 11:14 Asia/Baku
  • Azərbaycanda Anım Günü keçirilir

2020-ci il sentyabrın 27-də Azərbaycan Respblikasının silahlı qüvvələri 44 günlük müharibəyə başlayaraq Dağlıq Qarabağın bir hissəsini və 7 rayonu işğaldan azad etdilər.

SəhərAzəri-nin məlumatına əsasən, 44 gün uzanan müharibə atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüş kimi tarixə düşüb. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Müharibənin qızğın günlərində Türkiyə ilə yanaşı İran İslam Respublikası Azərbaycanın hərbi əməliyyatlarını dəstəklədi və xüsusi olaraq İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei bütün torpaqların Azərbaycana qaytarılmasını tələb etdi. Noyabrın 3-də verilən bu dəstəyə görə Azərbaycan rəhbərliyi və Qafqaz Müsəlmanları İdarəsinin sədri təşəkkürlərini bildirdilər və qələbənin əldə olunmasında İran Rəhbərinin fətvasının əhəmiyyətli olduğunu vurğuladılar.  

Qeyd edək ki, müharibədə pilotsuz uçuş aparatlarından, ağır artilleriyadan və raket zərbələrindən istifadə olunsa da, qələbə Azərbaycanın igid oğullarının və imanlı gənclərinin qanı hesabına əldə olundu, qarşı tərəf isə dörd minə yaxın itki verdi və məğlubiyyətini etiraf etdi.   

Nəhayət Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci ildən etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altında olan digər ətraf əraziləri Azərbaycana qaytardı. Həmçinin 1960 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və Qarabağda ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.

 

Teqlər