Azərbaycan prezidentinin inadkar “İsrail sevgisi”-TƏHLİL
İlham Əliyev İsrailin İran sərhədləri yaxınlığında olmasını inkar edir
Azərbaycan Respublikasının prezidenti İran sərhədləri yaxınlığında İsraildən əsər-əlamət olmadığını iddia etsə də, Cəbrayılda Harop PUA-sının yanında şəkil çəkdirib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev oktyabrın 4-də Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Biz xoş niyyət göstəririk. Amma özümüzə qarşı əsassız ittihamları qəbul etməyəcəyik və bu əsassız ittihamlar cavabsız qalmayacaq.”
Dövlət başçısı qeyd deyib ki, İranın rəsmi şəxsləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Bunlar İsraili burada harada görüblər?! Sübutlar yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın”.
Əliyev söhbətinin davamında İsrail rejimi ilə əlaqə qurmasının ölkəsinin suveren hüququ adlandırıb. “Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin!”, - deyə Azərbaycanın dövlət başçısı bəyan edib.
Xatırladaq ki, İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei oktyabrın 3-də İmam Hüseyn Hərbi Universitetində keçirilən məzunluq mərasiminə videokonfrans vasitəsilə qatılaraq qonşu ölkələri əcnəbilərin fitnələri qarşısında ayıq-sayıq olmağa, işğalçı İsrail rejimi ilə məsafə saxlamağa çağırdılar.
İslam İnqilabının Rəhbəri təhlükəsizliyin əhəmiyyətinə toxunaraq, "O kəslər ki, güman edirlər ki başqalarına güvənmək xəyalı ilə öz təhlükəsizliklərini təmin edə bilərlər, bilsinlər ki, bunun şilləsini tezliklə dadacaqlar", - ifadəsini işlədiblər.
Məlum məsələdir ki, rəsmi Tehran sionist İsrail rejiminin region üçün yarada biləcəyi təhlükələr və fitnələrə göz yummayacaq, və lazım gələrsə, adekvat tədbirlər belə görməyə hazır olduğunu bildirib. Son günlər İsrail təhlükəsini önləmək üçün rəmzi xarakter daşıyan Xeybər Fatehləri adlı hərbi təlimlər də əslində bu məqsədlə keçirildi.
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei hələ 2017-ci il martın 5-də Tehranda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qəbulu zamanı da sionistlərin təfriqəçi və təxribatçı siyasətləri barədə onu xəbərdar etmiş və İsrail rejiminin İran-Azərbaycan arasındakı münasibətləri zədələməyə çalışdığını bildirmişdi. "Bütün düşmənlərdən daha çox xəbis sionist rejim İran-Azərbaycan münasibətlərini zədələməyə çalışır. Ona görə də buna qarşı çıxmaq üçün İran və Azərbaycanın səmimi münasibətləri qorunmalıdır", - deyə Həzrət Ayətullahül-uzma Xamenei vurğulamışdı.
Bütün bu xeyirxah çağırışlara rəğmən Azərbaycan prezidentinin İran sərhədinə yaxın Cəbrayılda açılmış hərbi hissənin önündə İsrail rejimindən alınmış Harop pilotsuz uçuş aparatının yanında şəkil çəkdirməsi Tehranda əsla xoş qarşılanmır və əlaqələri təhlükə altında qoyur. İslam ölkələri arasında təfriqə salmağa can atan İsrail rejiminə də əslində elə bu lazımdır.