AZAL Ermənistan üzərindən uçuşlara başladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i381841-azal_ermənistan_üzərindən_uçuşlara_başladı
“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 06, 2021 21:50 Asia/Baku
  • AZAL Ermənistan üzərindən uçuşlara başladı

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,AZAL-dan KİV-ə verilən məlumata görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.