Azərbaycanlı hərbçinin həlak olması gündəmi dəyişdi
Millət vəkilləri sərt qisas alınmasını tövsiyə edirlər
Azərbacan Ordusunun hərbi qulluqçusunun şəhid olması ölkədə gündəmi bütövlükdə dəyişib. Millət vəkilləri qisasa çağırırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisdə çıxışı zamanı deputat Kamilə Əliyeva deyib ki, yəqin ki, prokurorluq faktla bağlı cinayət işi açacaq və bunu törədən separatçılar cəzalandırılacaq. Rus sülhməramlıların nəzarəti altında olan ərazilərdəki separatçıların bu fəaliyyəti həm də sülhməramlılara qarşıdır.
Deputat əlavə edib ki, bu hadisə Azərbaycana öz ərazilərində anti-terror əməliyyatı keçirmək üçün hüquqi əsas verir.
Parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa da deyib ki, Azərbaycanın süverenliyinə qarşı addımlara anında cavab verilməlidir. Öldürülən bir əsgərə qarşılıq 20 erməni əsgəri öldürülməlidir. Belə məsələlərdə güzəşt olsa, proses uzanacaq.