Okt 19, 2021 21:04 Asia/Baku
  • DEVAMM sədri həbs olundu

Tolerantlıqdan dəm vuran Azərbaycan hakimiyyəti müsəlman camiəsinin fəallarına qarşı repressiyanı şiddətləndirib. İlqar İbrahimoğlunu da həbs etmişlər.

SəhərAzəri-nin məlumatına əsasən, ilahiyyatçı filosof alim Hacı İlqar İbrahimoğlu polis bölməsinə çağırılıb və sonra həbs edilib.

O həbsindən az əvvəl Facebook paylaşımında hər zaman ölkəsinə və xalqına xidmət etdiyini, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın haqlı savaşını müdafiə etdiyini bildirib, sonra isə vəkillər tərəfindən müdafiə olunmasını xahiş edib, həmçinin tərəfdarlarını provokasiyalara uymamağa çağırıb. 

İlahiyyatçı alim xalqı maarifləndirməklə yanaşı İranla bağlı həmişə konstruktiv mövqe nümayiş etdirib. Ona görə də İran-Azərbaycan əlaqələrinin düşmənləri tərəfindən təbqidlə üzləşir.

Hacı İqar İbrahimoğlu kimdir?

DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AİN (Azerbaijan Islam News) portalının baş redaktorudur.

İlqar İbrahimoğlu 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir. Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunudur. Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparıb.

Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-a, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmişdir.

Teqlər