Okt 25, 2021 15:49 Asia/Baku
  • Əhliman Rüstəmov DTX əməkdaşları tərəfindən aparılıb

"Hacı Cavad" məscidinin keçmiş axundu Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

SəhərAzəri xəbər verir: Şiə ilahiyyatçının oğlu Qasım Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Teqlər