Füzuli hava limanının açılışı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i382501-füzuli_hava_limanının_açılışı_olub
Azərbaycanın işğaldan azad olunan Füzuli rayonunda Beynəlxalq Hava Limanının açılışı olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 26, 2021 10:57 Asia/Baku
  • Füzuli hava limanının açılışı olub

Azərbaycanın işğaldan azad olunan Füzuli rayonunda Beynəlxalq Hava Limanının açılışı olub.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Füzuli aeroportunun təməli cari milad ili yanvarın 14-də İlham Əliyev tərəfindən qoyulmuşdu.

Azərbaycan Respublikası rəsmi qaynaqlarından verilən məlumata görə Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.