İmişlidə 11 yaşlı qız təcavüz nəticəsində ana olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i382639-İmişlidə_11_yaşlı_qız_təcavüz_nəticəsində_ana_olub
“ARB xəbər”ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova uşağın ögey atası tərəfindən təcavüzə məruz qaldığını deyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 30, 2021 10:34 Asia/Baku
  • İmişlidə 11 yaşlı qız təcavüz nəticəsində ana olub

“ARB xəbər”ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova uşağın ögey atası tərəfindən təcavüzə məruz qaldığını deyib.

SəhərAzəri-nin məlumatına əsasən, təcavüzə məruz qalan uşağın nənəsi bildirib ki, əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.

Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Təcavüzə məruz qalan uşaq deyib ki, atalığı ona heç kimə zorlandığı haqda deməməyi tapşırıb.

Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.