Okt 31, 2021 10:58 Asia/Baku
  • Azərbaycanda devalvasiyanının olmayacağına zəmanət yoxdur

Azərbaycanlı iqtisadçı ekspert baş banker tərəfindən ölkədə devalvasiyanın olmayacağına dair söylənən fikirlərə iradını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qubad İbadoğlu Facebook üzərindən yaydığı məqalədə yazıb ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov növbəti devalvasiya olmayacaq deyə bilər, o, 2014-ci ilin sonuna qədər də israrla deyirdi ki, devalvasiya olmayacaq. Amma 2015-ci ilin fevral və dekabr aylarının 21-də baş verən devalvasiyadan sonra Azərbaycan manatı 2 dəfə ucuzlaşdı. Görəsən, o zaman sosial məsuliyyət hissi yox idi?

Qeyd edək ki, Elman Rüstəmov son açıqlamasnda iddia ki, devalvasiya olmayacaq. O, jurnalistləri və ekspertləri sosial məsuliyyətə dəvət edib.

Qubad İbadoğlu sonra əlavə edib: “Elman Rüstəmov devalvasiya olmayacağını neftin dünya bazar qiymətlərinin bahalaşmasına görə Azərbaycanın valyuta gəlirlərinin artması ilə əlaqələndirir. Eyni zamanda onun əksini də təsdiq edir ki, qiymətlər ucuzlaşarsa devalvasiya da ola bilər. Digər tərəfdən manatın uzun müddətli sabit qalması, əslində ölü kursu iqtisadiyyatda ciddi problemlər yardır, yerli istehsalı və qeyri-neft ixracat potensialını zəiflədir, idxalı stimullaşdırır, sahibkarlar və banklar çox ağır durumdadırlar, devalvasiya olmasa da banklar bağlanır, indiyədək bağlanan 15 bankdan əhaliyə və biznesə yüz milyonlarla zərər dəyib. Hazırda bəzi banklar yenə də bağlanma riski ilə üz-üzədir. Onun bir səbəbi sahibkarlıq mühitinin pis, digər səbəbi də faiz dərəcələrinin yüksək olmasıdır. Buna baxmayaraq Elman Rüstəmov uçot dərəcəsini qaldırır. Çünki, özü də yaxşı bilir ki, ölkədəki faktiki inflyasiya rəsmi rəqəmlərdən qat-qat yükskdir. Elə bu səbəbdən də ölü vəziyyətdə qalan heç bir tənzimləmə funksiyasına malik olan manat gündən-günə alıcılıq qabliyyətini itirir.”

Teqlər