Qazilərin ailələrinə təzyiqlər və repressiyalar başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i382676-qazilərin_ailələrinə_təzyiqlər_və_repressiyalar_başlayıb
Azərbaycan Respublikasında qazilərin ailələrinə təzyiqlər və represiyaların başlandığı xəbər verilir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 31, 2021 10:03 Asia/Baku
  • Qazilərin ailələrinə təzyiqlər və repressiyalar başlayıb

Azərbaycan Respublikasında qazilərin ailələrinə təzyiqlər və represiyaların başlandığı xəbər verilir.

SəhərAzəri-nin məlumatına əsasən, qazi Nahid Məmmədova qarşı Cəlilabad rayonunda polis zorakılığından sonra atası 2-ci qrup gözdən əlil, Saməddin Məmmədov rayon səhiyyəsinin bərbad vəziyyətindən, yerli icra hakimiyyətinin özbaşınalığından bəhs edən, prezident Əliyevə ünvanladığı video çıxışından sonra polislər tərəfindən saxlanılıb.

İctimaiyyət arasında belə bir versiya dolaşır ki, hakimiyyət artıq lokal səviyyədə yerli məmurlara qarşı etirazlardan ciddi narahatdır. Ona görə də məmurlar nə qaziyə, nə də əlilə güzəştə getmək istəmirlər.