Noy 09, 2021 12:24 Asia/Baku
  • Zəfərin ildönümündə erməni nazir Xankəndiyə gəlib

Ermənistan müdafiə naziri Arşak Karapetyan Laçın dəhlizindən keçərək, Qarabağa gəlib.

SəhərAzəri-nin məlumatına əsasən,Karapetyanın Azərbaycan Respublikasının ərazilərində Ermənistanın “döyüş mövqelərinə” baxdığı, döyüş növbətçiliyi və mühəndis işləri ilə tanış olduğu bildirilir.

Erməni mediaları bildirirlər ki, erməni nazir Ermənistanın Qarabağdakı hərbi hissələrindən birinə baxışı zamanı deyib ki, sülhün ən vacib girovu ordunun döyüş qabiliyyətidir.

Karapetyan Azərbaycan ərazisində hələ də öz fəaliyyətini davam etdirən qondarma qarabağ respublikasının silahlı birləşmələrinin əsgərlərinə medal da verib. Onun daha sonra - 7 noyabrda Zəngəzura getdiyi, Qaragöl ətrafına baş çəkdiyi, dövlət sərhədinin bərpasından danışdığı da əlavə edilib.

Qed edək ki, ötən il 10 noyabrda imzalanan üçtərəfli bəyanata görə, Ermənistanın hərbçiləri Qarabağdan çıxmalı idilər ancaq hələ də bunun reallaşmış olması dəqiq deyil.

Qondarma dağlıq qarabağ respublikası adlandırılan qurumun fəaliyyəti barədə isə sözü gedən razılaşmada heç bir bənd yoxdur və həmin qurumun ordusu öz fəaliyyətini davam etdirir.

Həmçinin Azərbaycan Respublikasının Qarabağ bölgəsinin böyük hissəsi Rusiya sülhməramlılarının nəzarətindədir və Laçın dəhlizi vasitəsi ilə Ermənistana qovuşur və hələ bəlli deyil ki, Azərbaycan torpaqlarına Ermənistan rəsmiləri və hərbçilərinin gəliş-gedişinə sülhməramlılar mane olmalıdırlar yoxsa yox.

10 noyabrda imzalanmış üçtərəfli razılaşmada Xankəndi başda olmaqla Qarabağın bir hissəsinin taleyi barədə eləcə də Rusiya sülhməramlılarının missiyası xüsusunda heç bir bəndin olmaması Qarabağın taleyi barədə Azərbaycan Respublikasında nigarançılıqlara səbəb olub.

Teqlər