Noy 28, 2021 12:26 Asia/Baku
  • Petrov: Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır

Tanınmış siyasətçi Rusiya və Azərbaycan prezidentlərinin görüşünü onlar arasında tam qarşılıqlı anlaşmanın olduğunu göstərən jest kimi xarakterizə edib.

SəhərAzəri-nin məlumatına əsasən, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini, ekspert Andrey Petrov deyib ki, Vladimir Putin və İlham Əliyev faktiki olaraq Soçi görüşündə eyni tərəf kimi çıxış ediblər:

"Bununla Moskva Rusiya ilə konstruktiv qarşılıqlı əlaqə qurmaq istəyən tərəfdaşlara necə münasibət göstərdiyini nümayiş etdirdi. İndiki şəraitdə, bizim qonşularımızın çoxunun antirusiya qüvvələrinin casusu olduğu bir vaxtda Moskva bunu yüksək dəyərləndirir. Bakı isə Rusiyanın Cənubi Qafqazda vasitəçi kimi şəksiz başlıca rolunu təsdiqlədi. Demək olar ki, bu gün Rusiyanın regionda müttəfiqi məhz Azərbaycandır. Zənnimcə, iki ölkənin münasibətləri həm iqtisadi və humanitar, həm də siyasi sahədə bundan sonra da yalnız pozitiv istiqamətdə inkişaf edəcək".

Teqlər