Bakı Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmindədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i383925-bakı_naxçıvanla_əlaqəni_zəngəzur_yolu_ilə_bərpa_etmək_əzmindədir
Rus nəşri Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini şərh edib. Bakının Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmində olduğu bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2021 06:59 Asia/Baku
  • Bakı Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmindədir

Rus nəşri Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini şərh edib. Bakının Naxçıvanla əlaqəni Zəngəzur yolu ilə bərpa etmək əzmində olduğu bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Nezavisimaya Qazeta gündəliyi qeyd edir ki, Ermənistan prezident İlham Əliyevin “Zəngəzur dəhlizi” tələbinə etiraz edir. İrəvan Əliyevin ifadə tərzini qəbuledilməz sayır və hesab edir ki, onun tonunda hərbi gücdən istifadə ilə bağlı təhdid var. Ermənistanın xarici siyasət idarəsi bununla bağlı Moskva, ATƏT və BMT Təhlükəsizlik Şurasına məlumat da verib.

Nəşr xatırladır: Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan əldə edilmiş razılaşmaların icrasından yayınarsa, revanşist əməllərə əl atarsa, Bakı yenidən güc tətbiq edə bilər.

“Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yerüstü nəqliyyat marşrutudur.