Azərbaycan Respublikasında
18 yaşa qədər uşaqlar arasında ölüm halları niyə artıb?
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru, ölkə də ölənlərin sayının artması barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov APA-ya verdiyi müsahibədə deyib:
“2020-ci ildə ölkə üzrə ölənlərin sayı əvvəlki ilə nisbətən 25 min nəfər çox olub. Bu, çox ciddi siqnaldır”.
Baş direktor bildirib ki, əvvəl 60 yaşdan sonra ölüm faizi yüksəlirdisə, indi 45 yaşdan sonra bu faiz yüksəlir.
Z.Eminov rəsmi şəkildə ölkədə orta ömür müddətinin 77 il olduğunu xatırladıb və deyib: Bu, ümumi qiymətləndirmədir, amma təhlillər göstərir ki, təqaüd yaşına çatmadan xeyli sayda insan ölür, bu yaş hətta 65 deyil. Qiymətləndirmə və real həyat ayrıdır”.
Baş direktor deyib ki, ölkədə 18 yaşa qədər uşaqlar arasında da son vaxtlar hər 10 000 nəfərə görə ölümün sayı təxminən 10-15 faiz artıb: “Burada qidalanma, uşaqlara göstərilən tibbi xidmətlərin təsiri var.”-deyə Z.Eminov bildirib.