Qarabağda rusların Bakıdan icazəsiz yeni layihəsi icra olunur
Rusiya sülhməramlıları üçün çoxmərtəbəli binalar tikilir
Rusiya Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının Xankəndi ərazisində yerləşən hərbi hissənin yanında 14 çoxmərtəbəli yaşayış kompleksi tikməsi narahatlıq doğurub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan ictimaiyyəti Rusiya ordusunun Qarabağda 4 il deyil, uzun müddət qalmaq niyyətində olmasından hiddətlənirlər.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları tərəflərdən biri onların mövcudluğuna qarşı çıxana qədər Dağlıq Qarabağda qalacaqlar və minimum 5 illik müddət göstərilib. Lakin, Azərbaycan tərəfinin atəşkəsdən beş il sonra sülhməramlıların Qarabağı tərk edəcəyinə şübhələri artmaqdadır.
Öz növbəsində, qondarma separatçı rejimin xarici işlər naziri David Babayan bəyan edib ki, rus sülhməraçlıları münaqişənin yekun həllinə qədər Dağlıq Qarabağda qalacaq və bu, çox vaxt aparacaq.