Dek 25, 2021 15:26 Asia/Baku
  • Sərhədsiz reportyorlardan etirazçı jurnalistlərə dəstək

"Sərhədsiz reportyorlar" Azərbaycanda media haqqında yeni qanuna etiraz edən jurnalistləri dəstəkləyir. Bu barədə onlar Tvitter hesablarında yazıblar.

SəhərAzəri-nin məlumatına əsasən,  "Sərhədsiz reportyorlar" parlamentin qarşısında mitinq keçirərək media haqqında qanun layihəsinə etiraz edən və deputatları onu qəbul etməməyə çağıran jurnalistləri dəstəkləyir! Hazırkı formada bu qanun jurnalistlərə korrupsiyaya qarşı araşdırmalar aparmağa imkan vermir", - tvitdə deyilir

Cümə günü bir qrup müstəqil jurnalist və videobloger parlament qarşısında "Media haqqında" qanun layihəsinə etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları üzərində "Azad mətbuat" yazılan məzar daşı formasında plakatı binanın qarşısına gətiriblər.

Aksiyada iştirak edənlər deputatları qanun layihəsini hazırki formada qəbul etməməyə çağırıblar. 

Jurnalistlər "Jurnalistika cinayət deyil", "Azad media susdurula bilməz" şuarları səsləndiriblər.

Polis jurnalistlərin plakatlarını əllərindən alıb, amma aksiya iştirakçılarını dağıtmayıb. Saxlanılan olmayıb.

Teqlər