Qarabağdakı sülhməramlılara Volkov rəhbərlik edəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i384965-qarabağdakı_sülhməramlılara_volkov_rəhbərlik_edəcək
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin edilib. Kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2022 08:34 Asia/Baku
  • Qarabağdakı sülhməramlılara Volkov rəhbərlik edəcək

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin edilib. Kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.