Mina xəritəsi sadəcə keçmiş təmas xəttini əhatə edir
ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib ki, Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir.
SəhərAzəri-nin məlumatına əsasən, S. Poladov bildirib ki, keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur, təmas xəttindən kənarda quraşdırılmış minalar Ermənistanın təqdim etdiyi mina xəritələrində əksini tapmayıb.
ANAMA İdarə Heyətinin sədr müavini : “Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir”,- deyə bildirib.
Qeyd edək ki, 4 dekabar 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti bildirdi ki,Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.
Həmin məlumatda xəritələrin 10 noyabr razılaşmasından sonra Azərbaycan Respublikası ərazilərində təxribatlar törətməkdə ittiham edilərək saxlanılan erməni hərbçilərin qaytarılması müqabilində təhvil veridliyi bildirilmişdi.
Sözü gedən məlumatda Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Təşəkkür ifadə olunmuşdu.