Qarabağdan xoşagələməz xəbərlər gəlir
Separatçılar Bakının əsəbləri ilə oynayırlar
Qarabağdan gələn xoşagəlməz xəbərlər Azərbaycan ictimaiyyətini qıcıqlandırır
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan mediaları xəbər verirlər ki, Qarabağda yerləşən erməni separatçıları qondarma “konstitusiya islahatları”na başlayır, “ərazilərin işğaldan azad edilməsi haqqında” qanun qəbul edir, sülhməramlılarla birlikdə Azərbaycanın maşınlarını yoxlayır.
Qeyd olunur ki, Araikin qondarma “konstitusiya islahatı” öz mövqelərini gücləndirməyə hesablanıb. Ötən ilin sonunda Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib və Araik Aratunyan “Qarabağ klanı”nın üzvləri ilə yaxınlaşmaq xəttini tutub. “Ərazilərin azad edilməsi” qanunu da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır: separatçı rejim bunun mümkün olmadığını anlayır, lakin bu iddianın “rəsmiləşdirdirilməsi” “Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirməyə hesablanıb.
Bunun fonunda Azərbaycanın maşın karvanını sülhməramlılarla birlikdə separatçıların da yoxlaması “əzələ nümayişi”dir: ruslar separatçı rejimin mövcudluğunu nümayiş etdirirlər və bu, həm də prezident Əliyevin “Laçın dəhlizinə faktiki biz nəzarət edirik” açıqlamasına praktiki formada cavab verilməyə hesablanıb.
Ekspertlər deyirlər ki, Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin “təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır.