İndiyədək Azərbaycanda 1000 nəfərdən biri koronavirusdan ölüb
Fev 13, 2022 15:08 Asia/Baku
Azərbaycanda son sutka ərzində 29 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın fevralın 12-nə yaydığı məlumatda deyilir.
SəhərAzəri-nin məlumatına əsasən, ümumilikdə, pandemiya başlayandan ölkədə 738 328 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb, onlardan 679 316 nəfər sağalıb, 9 027 nəfər vəfat edib, 49 985 nəfər aktiv xəstədir.
Beləliklə COVID-19 pandemiyasının yayıldığı gündən indiyədək Azərbaycan Respublikasında təxminən hər min adamdan biri pandemiya nəticəsində həyatını itirib.