Fev 20, 2022 09:47 Asia/Baku
  • Rusəsilli sakinlərə vəsiqə verilir

Qarabağdakı ruslara və Rusiya vətəndaşı olan ermənilərə vəsiqələr verilməyə başlandı.

 SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Qarabağ torpaqlarının nəzarətdən kənarda qalan hissəsində “rus icması” üzvlərinə, eləcə də Rusiya Federasiyası vətəndaşları olan ermənilərə vəsiqə verilir.

Bu haqda erməni teleqram-kanalları məlumat yayıb.

Məlumatda deyilir: Rus icmasının fəaliyyəti bir çox yerli erməniləri inandırıb ki, ruslar öz doğma Qarabağ torpağını tərk etmək fikrində deyillər və bununla da ermənilərin də Dağlıq Qarabağı tərk etmək planlarını dəyişdirirlər.”

Dağlıq Qarabağda rusların və Rusiya Federasiyası vətəndaşlarının siyahıya alınmasının təşəbbüskarı rus icmasının rəhbəri Aleksandr Bordovdur.

Qeyd edək ki, rus diasporunun icmalarından birinin belə siyahıyaalınması tarixdə ilk dəfədir aparılır. A.Bordov Dağlıq Qarabağda həyata keçirilən “Rus dünyası” mədəni-maarif layihəsinin müəllifidir. Layihə çərçivəsində “Rusdilli cəmiyyət” yaradılıb. Cəmiyyətin himayəsi altında rus dili bütün istəyənlərə pulsuz öyrədilir, bədii və elmi monoqrafiyalar nəşr olunur.

Rusiyanın Dağlıq Qarabağda öz mövqelərini gücləndirməsi Azərbaycan Respublikasında ciddi narahatlıq doğurub. Əhali hesab edir ki, Rusiya bu bölgədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək və bu məqsədlə növbəti mərhələdə orada yaşayan bütün ermənilərə passport paylaması da istisna olunmur.

Bu arada Azərbaycan hökuməti üçtərəfli razılaşmanın müddəalarını rəhbər tutaraq Rusiya hərbi kontingentinin 2025-ci ildə bölgəni tərk edəcəyini ümid etsə də, erməni tərəfi bunun tam əleyhinədir, Kreml isə qoşunlarını Qarabağda saxlamaq və nəzarətini uzatmaq üçün hüquqi əsaslar yaratmaqla məşğuldur.

Ermənistanda hesab edirlər ki, münaqişənin Rusiya-Azərbaycan müstəvisinə keçməsi həm irəvanın, həm də separatçıların maraqlarına cavab verir.

Teqlər